Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00
Rubrikalar

Azər Baycanı xilas etdi


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Bu «İz»də:



- Yaddaş mədəniyyəti mövzusunu dilə gətirəcək;



- Yeni baletdən – məhəbbətlə ölümün yallısından xəbər tutacaq;



- «Urbanizasiya» sözünün açmasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- və hər dəfə tanınmış jurnalist Tahir Aydınoğlunun açıqlamalarını eşidəcəksiz.



«EŞQ VƏ ÖLÜM» YENİ BALETİN QISA ADIDIR



Çoxdandır Azərbaycanda balet janrında əsər yaranmırdı. Elə Opera və Balet Teatrında ilk tamaşaya yığışanlar da bu fikirdə idi.



Bəstəkar Siyavuş Kərimi: "Ümumiyyətlə, Azərbaycanda belə layihələrin meydana gəlməsi sözsüz ki, incəsənətin inkişafından xəbər verən bir amildir. Ümumiyyətlə, bu janra Azərbaycanda çox uzun müddətdir müraciət olunmurdu. Və nəhayət, Polad Bülbüloğlu administrativ işindən vaxt tapıb yaradıcılıqla məşğul oldu. Və məncə, çox uğurlu alınıb".



Müğənni İlhamə Quliyeva: "Polad Bülbüloğlunun yeni yaradıcılıq səhifəsini özüm üçün kəşf etdim. Azərbaycanın opera və balet səhnəsində son 15-20 ildə belə bir yenilik yox idi. Yəni bu, bir super yenilik oldu".



"Dədə Qorqud" dastanının motivləri əsasında xoreoqrafiq saqa, yəni dastan. Burda daha nələr yoxdu: al-əlvan əlbisələr, yallıdan başlayıb qaytağıda qurtaran milli rəqslər, işıq-kölgə effektləri, oğuz ərənlərinin yarışları, qanlı döyüş səhnələri.



İkipərdəli baletin ən təsirli yeri baş qəhrəmanın – Azərin ölümlə oynadığı üç rəqs səhnəsidir. İki rəqsdə ölümə yenilməyən qəhrəman üçüncü rəqsdə öz istəyi ilə ona tabe olur. Sövdələşməyə görə, Azər bütün düşmənlərinə qalib gələcək, torpağını və sevgilisi Baycanı xilas edəcək və ruhu həmin anda ölümün ixtiyarına keçəcək.



HƏSƏN BƏY ZƏRDABİNİN YENİ DOĞUM GÜNÜ



Ölümündən 98 il ötən Həsən bəy Zərdabini yada salaraq «yaddaş mədəniyyəti» mövzusunun izinə düşdük. Mövzu bələdçimiz son dönəmlər Həsən bəy irsini araşdıran tanınmış həmkarımız Tahir Aydınoğludur.



Aparıcı: Tahir bəy, nədən Zərdabinin olum gününü – doğum gününü deyil, ölüm gününü anmaq qərarına gəldiniz?



Tahir Aydınoğlu: - Bunun iki tərəfi var. Birincisi, Həsən bəy Zərdabinin bioqrafiyası ilə bağlı bu günə cavab verə biləcək faktların ortada olmamasıdır. Əslində, faktlar var. Amma onlara münasibət hələlik qərarlaşmayıb. Həsən bəy Zərdabinin bioqrafiyasını hamıdan gözəl bilən, onun mübarizə yoldaşı olmuş Hənifə xanım Həsən bəy barədə yazdığı xatirələrində onun 1837-ci il noyabrın 12-də doğulduğunu öz xəttilə yazmışdı. Amma sonrakı illərdə Həsən bəy Zərdabinin çox cəfakeş tədqiqatçılarından biri – professor Ziyəddin Göyüşov Moskva Dövlət Universitetindən onun şəxsi işini tapıb və orda 1842-ci il göstərilir... Amma 1842-ci il tarixinin ayı və günü bəlli deyil.



Digər tərəfdən, Həsən bəy Zərdabi sağlığında özünü millətə həsr etmiş, məhrumiyyətlərə özünü bilərəkdən düçar etmiş insan idi. 1907-ci il noyabrın 28-də o, dünyaya gözünü yumanda Azərbaycan xalqı kimi itirdiyini dərk etdi. Yəni Zərdabinin əsl doğuluşu 1907- ci il noyabrın 28-dir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG