Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Qazaxıstan prezidenti Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır<p align=`left`><br><br>


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınmasına kömək etməyə hazırdır. «AzərTAc» «Qazaxıstan tudey» Agentliyinə istinadla xəbər verir ki, cənab Nazarbayev bunu dekabrın 5-də Astanada brifinqdə Azərbaycan jurnalistlərinin sualına cavab verərkən bildirib.



Nursultan Nazarbayev deyib: «Mən 1991-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında iştirak etmişəm. Onda xalqın düçar olduğu müsibətləri öz gözlərimlə gördüm. Bir daha bəyan edirəm ki, qonşuların millətlərarası toqquşmaları insanların ancaq müsibətlərinə və bədbəxtliyinə gətirib çıxarır. Ona görə də Azərbaycanla Ermənistan arasında münaqişənin nizama salınmasında hər vasitə ilə iştirak etməyə hazıram».
XS
SM
MD
LG