Səs: Real audio
Avropa Şurası Parlament Assambleyası [AŞPA] Monitorinq Komitəsinin həmməruzəçiləri Andreas Qross və Andres Herkel Azərbaycanda seçkidən sonrakı vəziyyətdən dərin təəssüf hissi keçirirlər Neftlə zəngin kiçik Azərbaycanda seçkidən sonrakı vəziyyət dərin naraharlıq doğurur.
Bunu dekabrın 2-də Bakıda səfərdə olan AŞPA məruzəçisi Andreas Qross söylədi. Xüsusilə o, 26 noyabrda polisin müxalifətə qarşı zor işlətməsini qeyd etdi.
Anreas Qross üç qat təssüfləndiyini bildirir. Çünki onlar Bakıya Konstitusiya Məhkəməsinin qərarından əvvəl gəlmək istəyiblər. Amma onun bildirdiyinə görə, çox təəssüf ki, Konstitusiya Məhkəməsi onlarla keçiriləcək müzakirələrdən qorxaraq qərarını tələsik verib.
Həmməruzəçilər bildirdilər ki, yanvarda Avropa Şurasının müşahidə missiyası bir daha Azərbaycana gələcək. Onlar AŞPA prezidenti Rene van der Lindendən də onlarla birgə gəlməsini xahiş edəcəklər.
Avropalı rəsmilər vurğuladılar ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının yenilənməsi ilə bağlı çox çətin müzakirələr olacaq. Dedilər ki, ötən həftə AŞPA Monitorinq Komitəsinin iclasında hakimiyyətə konkret tövsiyələr veriblər. Həmin müzakirələr də o təkliflərin necə yerinə yetirilməsindən asılı olacaq.
AŞPA həmməruzəçiləri və AŞ-nın Seçkiləri Müşahidə Missiyasının rəhbəri Leo Platvoet seçkidən sonra ölkədə yaranmış vəziyyətlə tanış olurlar. Avropalı qonaqlar rəsmi şəxslər və müxalifət liderləri ilə görüşüblər. Onlar seçkinin yekunları ilə bağlı hesabat hazırlayırlar.