Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:03
Rubrikalar

Yeni 10 dollarlıq əskinaslar buraxılacaq


Səs: Real audio
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi hökumətlə işləməyi səbirsizliklə gözləyir - Qazaxıstanın "TengizShevrOil" öz tərəfdaşları ilə birgə "Tengiz" yatağından çıxarılan neftin "cənub marşrutu" ilə ixracını genişləndirmək niyyətindədir.



Bu marşrut "Tengiz"dən Atırauya, oradan isə Xəzər dənizi ilə Bakıya gedir və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulur. Həmin layihə yataqdakı neftdoldurma estakadalarının genişləndirilməsini, Gülsarı stansiyasından Atırauya qədər dəmiryolu xətlərinin yenidən qurulmasını da nəzərdə tutur. Yaxın illərdə "Tengiz" yatağında neft hasilatının kəskin surətdə artacağı gözlənilir.



- Yeni 10 dollarlıq əskinaslar gələn il martın 2-də dövriyyəyə buraxılacaq. Bu barədə ABŞ-ın Federal Ehtiyatlar Sistemi məlumat yayıb.



Yeni əskinasların qoruyucu nişanları daha müasirdir, onların rəngi də fərqlidir, köhnə dizayn əsasən saxlansa da, fonda narıncı, sarı və qırmızı fon olacaq. Bu, yeniləşdirilən 3-cü dollar əskinasıdır, artıq yeni 20 və 50 dollarlıq əskinaslar dövriyyədədir.



10 dollarlıq əskinasdan sonra Amerika hökuməti yeni 100 dollarlıq əskinası da ictimaiyyətə təqdim edəcək. Amerikadan sonra yeni 10 dollarlıq əskinaslar xarici bankların sifarişinə əsasən başqa dünya ölkələrinə də göndəriləcək.



- Dekabrın 2-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 383, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG