Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

<i>«Üç nöqtə»</i>: «Vergidən yayınan şadlıq evlərinin adları açıqlandı»


Səs: Real audio
Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə mavinlər seçiliblər «525-ci qəzet» Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənovun müxalifət düşərgəsindəki vəziyyətlə bağlı münasibətinə yer ayırıb. Qəzetdəki «Əli Kərimli və Lalə Şövkət konstruktiv müxalifətçilikdən çox uzaqdırlar» başlıqlı məqalədə Kamil Həmzəoğlu yazır ki, PA-nın şöbə müdiri deyib ki, müxalifət liderlərinin arasında mövqe uyğunluğu və ya fikir ayrılığının olması hakimiyyət üçün maraqlı deyil. O, bildirib ki, Azərbaycanda dinc yürüş-mitinqlərin keçirilməsinə hər cür şərait yaradılıb. Bunu həm seçki kampaniyası, həm də seçkidən sonrakı dövrə şamil edən Əli Həsənov söyləyib ki, etiraz aksiyalarının keçirilməsinə heç vaxt məhdudiyyət qoyulmayıb.



«Yeni Azərbaycan» qəzetindəki «Əli Kərimli mitinqdə yaranmış situasiyadan bəhrələnməyə çalışırdı» başlıqlı məqalədə Ağanisə Sultanova yazır ki, AXCP sədrinin 26 noyabr aksiyasındakı təşəbbüsü onun əleyhinə işlədi. Məqalədə bildirilir ki, cənab Kərimli cəsarət tapıb mitinqçiləri oturaq aksiyaya çağıranda, Lalə-Şövkət Hacıyeva da onun yanında guya görünən uğurların ortağı kimi çıxış edirdi. Amma bu səhnədən Müsavat Partiyasının başqanı İsa Qəmbərin razı qalmadığını qeyd edən müəllif yazır ki, bütün bunlar onu göstərir ki, müxalifət düşərgəsində çox ciddi problemlər var və bu, özünü qısa zaman kəsiyində göstərəcək. Məqalədə yaxın müddətdə müxalifətdə yenidən ciddi parçalanmalar olacağına dair proqnozlar da verilir.



«Üç nöqtə» qəzetindəki «Vergidən yayınan şadlıq evlərinin adları açıqlandı» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, Vergilər Nazirliyi vergidən yayınmaya görə yeddi ilə qədər həbs cəzasının tətbiq edilməsi təklifi ilə çıxış edib. Nazirliyin məlumatına görə, vergi pozuntularında bəzi banklar da fəal iştirak edir. Həmin banklar sahibkarlarla əlbir olub, büdcəyə ödənilməli olan vəsaiti mənimsəyirlər.



Məsələn, «Muğan» Kommersiya Bankının «Gənclik» filialında belə fakt aşkar edilib. Filialın rəhbəri Cəmşid Novruzov və 1 Saylı Tikinti Kooperativ İdarəsinin müdiri Rövşən Hüseynov belə hallarla bağlı cinayət məsuliyyətinə cəlb edilib. Vergi əməkdaşlarının yoxlamaları nəticəsində «Şahdağ» şadlıq sarayında 40 işçidən 20-nin müqaviləsiz işlədiyi müəyyən edilib. Belə hallara paytaxtdakı «Xan bulağı», «Cənnət-M», «Tuqay», «Dan Ulduzu» şadlıq saraylarında da rast gəlinib.
XS
SM
MD
LG