Səs: Real audio
31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi Birləşmiş Ştatların Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası - Helsinki Komissiyası Azərbaycanda parlament seçkisinin nəticələrinə dair bəyanat yayıb. Qurumun Beynəlxalq Siyasət üzrə direktoru Ronald McNamara deyir ki, hakimiyyət tərəfindən atılmış bir sıra addımlara, prezidentin iki sərəncamına baxmayaraq, onlar tam yerinə yetirilməyib. O, Beynəlxalq Müşahidə Missiyasının seçkinin nəticələrinə dair noyabrın 7-də yaydığı ilkin hesabatına istinad edir: “Həmin hesabata görə, 6 noyabr parlament seçkisi ATƏT öhdəliklərinin və Avropa Şurası standartlarının çoxuna uyğun gəlməyib”.
Ronald McNamara seçki günü Bakıda hər yerdə adları seçici siyahısında olmayan vətəndaşlarla üzləşdiyini deyir: “Kimsə deyirdi ki, məsələ səs verməkdə deyil, səsləri kimin saymasındadır. Təəssüf ki, noyabrın 6-da mənim gördüyüm seçki rəsmiləri Azərbaycanın bundan əvvəlki saxta seçkilərini idarə edənlər idi”.
Cənab McNamara bildirir ki, məntəqələr bağlanan kimi, o, seçki komissiyası üzvlərinin boş bülletenləri bir otağa apardığını görüb, yerli müşahidəçilər buna etiraz edib, o da iradını bildirəndən sonra səssayma davam edib.
“Nəticədə, 21 nəfər arasından müstəqil bir namizəd həmin məntəqədə qalib çıxdı. Sonradan isə 9 saylı Binəqədi dairəsində seçkinin nəticələri ləğv olundu, bir sıra başqa dairələrdə də belə olmuşdu”- deyə, o vurğulayır.
Helsinki Komissiyasının sədri Sem Braunbek də dərin təəssüfünü bildirib: “Biz ümid edirdik ki, bu seçki Azərbaycanda demokratiyaya doğru ilk addım olacaq, ancaq seçkini keçirən hakimiyyət bu sınaqdan çıxmadı”.
Helsinki Komissiyası seçkidən sonra polisin müxalifətin yürüş-mitinqini dağıtdğına da toxunur: “Aydındır ki, Azərbaycan rəhbərliyi qonşu Gürcüstan və Ukraynada olduğu kimi rəngli inqilabın baş verməsini istəmir”.
ATƏT müşahidəçilərinin gördükləri və tövsiyələrini əks etdirən son hesabat yaxın vaxtlarda yayılacaq.