Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdi


Səs: Real audio
31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi Dekabrın 1-də Konstitusiya Məhkəməsinin (KM) Plenumu altı dairə istisna olmaqla parlament seçkisinin nəticələrini təsdiq etdi. KM-nin çıxardığı qərarla 31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi. Bununla da ləğv edilmiş dairələrin sayı ona çatdı. Bundan əvvəl 42 saylı Sumqayıt ikinci, 9 saylı Binəqədi ikinci, 110 saylı Zaqatala və 38 saylı Gəncə Nizami ikinci dairlərinin nəticələri ləğv edilmişdi.



Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrində 31 saylı Suraxanı ikinci dairəsində AXCP sədri Əli Kərimli, 44 saylı Sumqayıt-Abşeron dairəsində Tofiq Hüseynli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy dairəsində Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsində İlqar Qılıcıov, 119 saylı Ağdamkənd dairəsində isə Bəxtiyar Sadıqov qalib elan olunmuşdu.



AXCP Ali Məclisinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli KM-nin qərarını hüquqi yox, siyasi qərar adlandırır.Cənab Əlibəyli deyir ki, nəticələr heç bir əsas gətirilmədən ləğv edilb. Buna görə də AXCP baş verənləri seçki saxtakarlığına qarşı mübarizəsinin cavabı hesab edir.



«Konstitusiya Məhkəməsinin qərarını qəbul edirəm və bunu ədalətli sayıram». Bunu isə nəticəsi ləğv edilmiş 119-saylı Ağdamkənd seçki dairəsindən qalib elan edilmiş hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Bəxtiyar Sadıqov deyir. Cənab Sadıqov bildirir ki, yəqin KM tutarlı dəlillər əldə etməsəydi, nəticələr də ləğv olunmazdı.



Qalib gəldiyi 31 saylı Suraxanı ikinci seçki dairəsində nəticələr ləğv edilmiş AXCP sədri Əli Kərimli isə, hər hansı şərh verməkdən imtina etdi. Bildirdi ki, yaxın günlərdə bu mövzuda mətbuat konfransı keçirəcək.
XS
SM
MD
LG