Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Pul olacaq!


Səs: Real audio
Prezident Aparatının şöbə müdiri «insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər» - deyir Yemək, tibbi sığorta və. s-lərsə zaman tələb edir…



"McDermott" neft şirkətində çalışan yerli işçilər noyabrın 29-da Bakıda yenə tətil etdilər. Şirkət də razılaşdı ki, maaşları qaldıracaq, tibbi sığorta məsələsinə də baxacaq.



Amma problem təkcə əmək haqqı və sığorta məsələsi deyildi. "McDermott"un işçiləri ümumilikdə 14 tələb irəli sürürdülər. Bunlar əmək şəraitinin yaxşılaşdırılması, yeməkxana şəraitinin qaydasına salınması və s..



Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da deyir ki, problem hələ tam həllini tapmayıb. Əlbəttə ki, əmək haqqının qaldırılması "McDermott" işçilərinin irəli sürdükləri tələblərin ən ağırı idi və bu məsələ həllini tapdı. Ancaq onunla müqayisədə yüngül tələb hesab edilən, mahiyyət baxımından isə əmək haqqından heç də az əhəmiyyətli olmayan bir sıra başqa məsələlər var ki, onlar hələ də açıq qalır.



Mirvari Qəhrəmanlı əlavə edir ki, şirkət rəhbərliyi işçilər qarşısında çıxış edərkən hazırda həlli mümkün sayılan məsələnin əmək haqqının qaldırılması olduğunu deyib. Digər məsələlərin həllinin isə zaman tələb etdiyini bildirib.



Mirvari Qəhrəmonlının sözlərinə görə, bu hadisə başqa xarici şirkətlər üçün də dərs olub. Bunu "BP"nin digər podratçısı olan "Bos Şelf"də də əmək haqlarının qaldırılması təsdiqləyir.



BP Azərbaycan şirkətindən Tamam Bayatlı isə bildirir ki, məsələ əmək haqlarının qaldırılması ilə bitmir. İşçilərin problemlərinin həlli üçün digər addımlar da atılır. Bu məqsədlə "McDermott"da xüsusi işçi qrupları yaradılacaq.



"McDermott"un işçilərinin keçirdikləri etiraz aksiyaları zamanı şirkətdə yerli və xarici işçilərə fərqli münasibət bəslənildiyi fikri də səslənir və bunlara son qoyulması tələb edilirdi.



Azərbaycan Dövlət Neft Şirkətinin [ARDNŞ] prezidenti Natiq Əliyev deyir ki, bu məsələ araşdırılmalıdır. Əgər belə hallar varsa, günahkarlar işdən kənarlaşdırılmalıdılar. Cənab Əliyev bu məsələni "BP" və "McDermott"un rəhbərləri ilə danışdığını bildirir.
XS
SM
MD
LG