Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Gəncədə bir qrup şəxs yolu kəsdi


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər Noyabrın 29-da günortadan sonra keçmiş döyüşçülərin 30-a yaxın ailəsi Gəncənin mərkəzində avtomobil yolunu kəsdi. 30 dəqiqə müddətində yolu bağlı saxlayan qadınları ərazidən hadisə yerinə gələn polis əməkdaşları uzaqlaşdırdı.



Aksiyaçılar 1996-ci ildə onlara ayrılmış 10 ha torpaq sahəsinə verilmiş sərəncamın hüquqi qüvvəsinin təzələnməsini tələb edirdilər. Onların sözlərinə görə, məhz buna görə heç bir tikinti işi apara bilmirlər.



Polis qadınları Gəncə Şəhər İcra Hakimiyyətinə getməyə razı salsa da, sonradan onları inzibati binanın yaxınlığına buraxmadı. Qadınlar isə gecəyə qədər burdan tərpənməyəcəklərini, sonra isə Bakıya, ölkə başçısının xanımı Mehriban Əliyevanın qəbuluna gedəcəklərini söyləyirdilər.



Üç saatdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aksiyaçıların nümayəndələrini qəbul edib və onların probleminin müsbət həll olunacağını bildirib.



Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadovun sözlərinə görə, 1996-cı ildə keçmiş döyüşçülərin ailələri üçün ayrılan 10 ha-lıq torpaq sahəsinə verilən sərəncam qüvvədən düşüb. Sözügedən torpaqlar nə İH-ə, nə də bələdiyyəyə məxsus olmadığından «havadan asılı» qalıb.
XS
SM
MD
LG