Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 11:09

DİN müxalifəti təxribatçılıqda günahlandırır


Səs: Real audio
ADP-nin sədr müavini bu ittihamları əsassız adlandırır Noyabrın 28-də daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında müxalifətin 26 noyabr aksiyasına dair məsələ müzakirə olunub.



Bu barədə məlumatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov verib. O bildirdi ki, DİN-də müxalifətin kütləvi aksiyalara hazırlaşdığı və bu aksiyalarda əsasən qadın və uşaqlardan istifadə edərək təxribatlar törədəcəyi barədə məlumatlar var. Cənab Gözəlovun sözlərinə görə, hələ 26 noyabr aksiyasından qabaq müxalifətə bu addımı atmamaqla bağlı xəbərdarlıq edilmişdi.



Sadiq Gözəlov bildirir ki, 26 noyabr mitinqində 46 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. 25 aksiya iştirakçısı 1 sutkadan 10 sutkayadək azadlıqdan məhrumetmə cəzası alıb. Toqquşma zamanı ölənlərin olmadığını söyləyən Sadiq Gözəlov qarşı tərəfdən-müxalifətçilərdən xəsarət alanların olması faktının qeydə alınmadığını deyir.



«Azadlıq» blokuna daxil ADP-nin sədr müavini Sərdar Cəlaloğlu isə deyir ki, nə DİN, nə də digər dövlət strukturlarından hər hansı xəbərdarlıq almayıblar. O, müxalifətin mitinqlərində təxribat hazırlandığına dair məlumatları da əsassız adlandırıb.
XS
SM
MD
LG