Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

«McDermott»da tətil yenidən başladı<p align=`left`><br><br>


Səs: Real audio
Fəhlələr qaldırdıqları tələblərə əsaslandırılmış cavab verilmədiyini deyirlər Noyabrın 28-də «McDermott» Şirkətində ikinci növbədə işləyən fəhlələr yenidən tətilə başlayıblar. Şirkət rəhbərliyi ilə işçilər arasında keçirilən görüşdən sonra fəhlələr bu haqda qərar veriblər. Onlar maaşlarının qaldırılması və əcnəbilərə nisbətən onlara qarşı ayrı-seçkiliklə bağlı rəhbərlik qarşısında qaldırdıqları tələblərə əsaslandırılmış cavab verilmədiyini deyirlər.



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, «McDermott» rəhbərliyi gələn il yanvarın 1-dən maaşları 12 faiz artırmağa söz versə də, bu, fəhlələri razı salmayıb. Fəhlələr dekabr ayından maaşlarının 20 faiz artırılmasını tələb edirdilər.



Xanım Qəhrəmanlının dediyinə görə, şirkətdə çalışan əcnəbi fəhlələrin maaşları sentyabr ayında qaldırılıb.



«McDermott»un adının çəkilməsini istəməyən bir işçisi isə «Azadlıq» radiosuna deyib ki, şirkət rəhbərliyi gələn ildən onların maaşlarını artırmağa və iş saatlarını bərpa etməyə söz verib: «Ancaq iş gününün səkkiz saatdan artıq olması onların özünə lazımdır».



Yerli işçilərin dediyinə görə, tələbləri yerinə yetirilənə qədər tətili davam etdirəcəklər.



Şirkətdən iş gününün başa çatdığını deyərək məsələylə bağlı şərh vermədilər.



«McDermott»un yüzlərlə işçisi ötən həftə birgünlük tətil keçirib. Onlar xarici ölkələrdən olan fəhlələrlə müqayisədə yerli işçilərlə qarşı ayrı-seçkilik, sosial təminatın zəif olmasıyla bağlı şirkət rəhbərliyi qarşısında bir neçə tələb irəli sürüblər.



«McDermott» Şirkəti 1995-ci ildən «bp-Azərbaycan»ın baş podratçısıdır. Şirkət hazırda «Mərkəzi Azəri» və «Günəşli» yataqlarında hasilat platformalarının və sualtı qurğuların tikintisi ilə məşğuldur.



«McDermott»un 3000-ə yaxın işçisi var, onlardan 75 faizi azərbaycanlıdır.
XS
SM
MD
LG