Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53
Rubrikalar

Gələn il qaz hasilatı 13 faiz artacaq


Səs: Real audio
Dekabrın 3-də növbəti etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib - Gələn il Azərbaycanda qaz hasilatı 13 faiz artacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən [ARDNŞ] məlumat veriblər.



Qazla bağlı başqa bir xəbər. Gələn il Rusiyadan Azərbaycana idxal ediləcək qazın həcmi və dəyəri dekabrın sonunadək müəyyən olunacaq. Bununla bağlı danışıqlara başlamaq üçün "Qazeksport" şirkəti ARDNŞ-ə müraciət edib.



Ötən ilin dekabrında bağlanmış müqaviləyə görə, şirkət bu il Azərbaycana hər min kubmetri 60 dollar, gələn il isə 61 dollar olmaqla 4.5 milyard kubmetr qaz verməli idi. Amma Rusiya şirkəti gələn il digər MDB ölkələri kimi Azərbaycana da qazın artırılmış qiymətlərlə satılacağını bildirib.



- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi gələn il daha 2 müasir neftdaşıyan tanker alacaq. Gəmiçilikdən bildiriblər ki, 13 min ton yük götürə bilən həmin gəmilərdən Xəzərdə neft daşımalarında istifadə ediləcək. Azərbaycan indiyə qədər üç belə tanker alıb.



- Noyabrın 28-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 596, 1 avro 5 374, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG