Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:01

Vokalçıların Bülbül müsabiqəsi


Səs: Real audio
"McDermott" şirkətinin bir bir qrup işçisi «Azadlıq» blokunun noyabrın 26–da keçirdiyi mitinqdə adlarının çəkilməsinə etiraz bildirən bəyanat yayıb - Birinci dəfədir ki, belə müsabiqədə iştirak edirəm. Səhnədə birinci iştirakçı mən olacağam. Çalışacağam ki, Azərbaycanın adını layiqincə təmsil edim.



Bu, Vokalçıların Bülbül adına III Beynəlxalq Müsabiqəsinin iştirakçısı Tural Ağasıyevdir.



Noyabrın 28-də startı verilən müsabiqədə 10 ölkəni təmsil edən 57 gənc vokalçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Ukrayna, Çin, İran, Rusiya, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın nümayəndələri var. Azərbaycanı 13 nəfər gənc təmsil edir.



Müxtəlif ölkələrin musiqi və incəsənət xadimlərindən ibarət münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının prezidenti, SSRİ xalq artisti, akademik İrina Arxipova rəhbərlik edir.



Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyir ki, qaliblərə mükafatlar da veriləcək:



- "Qran Pri" və birinci, ikinci, üçüncü yerlər var. Bir də konsertmeysterlər üçün xüsusi priz təsis olunub. Üç pul mükafatı var. Bülbül Fondunun prezidenti isə Azərbaycan Musiqi Akademiyasının tələbəsi olan ən yaxşı iştirakçı üçün xüsusi təqaüd təsis edib. Bütün təhsil müddəti həmin o təqaüd ona veriləcək.



Müsabiqəyə dekabrın 8-də yekun vurulacaq. Zöhrə Əliyeva deyir ki, tamaşaçılar heç bir pul ödəmədən Müslüm Maqomayev adına Filarmoniyada iştirakçıların çıxışlarını dinləyə bilərlər:



- Müsabiqə açıqdır. Giriş pulsuzdur. Tamaşaçılar gəlib qulaq asa bilərlər.



Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi 1997-ci ildə, ikincisi isə 2000-ci ildə keçirilib.
XS
SM
MD
LG