Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 23:10

«McDermott»un işçiləri mitinqdə adlarının çəkilməsindən narahatdırlar


Səs: Real audio
"McDermott" şirkətinin bir bir qrup işçisi «Azadlıq» blokunun noyabrın 26–da keçirdiyi mitinqdə adlarının çəkilməsinə etiraz bildirən bəyanat yayıb Bəyanatda deyilir ki, bu şirkətin işçilərinin sosial-iqtisadi tələblərlə noyabrın 22-də keçirdikləri aksiya heç bir siyasi məqsəd daşımayıb. Bu məsələdən kimlərinsə siyasi məqsədlər üçün istifadə etmək istəyi aksiya iştirakçılarını ciddi şəkildə narahat edir.



Bəyanatın sonunda işçilər bütün qurumlardan bu cür hərəkətlərdən qəti şəkildə çəkinməyi tələb edirlər.



"McDermott" şirkətinin 2 minə qədər işçisi əmək həqlarının azlığını və şirkət ərazisində Azərbaycan qanunlarının işləmədiyini əsas gətirərək noyabrın 22-də tətil etmişdilər. Nəticədə şirkət rəhbərliyi aksiya iştirakçılarından problemlərin həlli üçün bir həftə vaxt istəyib. Noyabrın 30-da həmin müddət başa çatır.
XS
SM
MD
LG