Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

Naxçıvanda məntəqə katibini tutublar


Səs: Real audio
AXCP üzvü Nüşabə Qafarova noyabrın 26-da axşam Naxçıvan şəhər Prokurorluğuna çağırılaraq ifadə alındıqdan sonra saxlanılıb Nüşabə Qafarova Naxçıvan şəhər seçki dairəsi üzrə 24 saylı seçki məntəqəsinin katibidir.



Yaxınlarının məlumatına görə, Prokurorluqdan onlara bildiriblər ki, Qafarova seçki məntəqəsindən daxil olan şikayətə əsasən saxlanılıb. O, seçki günü məntəqədə hay-küy salmaqda, məntəqə üzvlərini təhqir etməkdə, seçkinin normal keçməsinə mane olmaqda günahlandırılır. Məntəqədə bunu sübut edən akt da tərtib edilərək şikayət ərizəsinə tikilib.



Naxçıvan şəhər Polis Şöbəsindən aldığımız məlumata görə, Nüşabə Qafarova 48 saatdan sonra Naxçıvan şəhər Məhkəməsinə çıxarılacaq. Onun sonrakı aqibəti məhkəmədən sonra bəlli olacaq. Məhkəmə onu cərimə etməklə azadlığa buraxa, ya da həbs qətimkan tədbiri ilə cəzalandıra bilər.



AXCP Naxçıvan təşkilatından isə bildirdilər ki, Nüşabə Qafarova məntəqədə baş verən qanun pozuntularına etiraz etdiyinə görə cəzalandırılır.
XS
SM
MD
LG