Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:46

Yollarla bağlı sərəncam imzalanıb


Səs: Real audio
Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Daimi Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməyin tərəfdarı olduğunu bildirib Prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.



Sənəddə bildirilir ki, yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafı və əhalinin tələbatını tam ödəmir. Yaranmış vəziyyəti şərtləndirən səbəblərdən biri yol təsərrüfatının yol texnikası və digər əmlakla təchizatının lazımi səviyyədə olmamasıdır.



Sərəncamda Nazirlər Kabinetinə (NK) tapşırılır ki, Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramının layihəsini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin: «Yerli əhəmiyyətli və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması işlərinin təmin edilməsi məqsədi ilə zəruri olan obyektlərin və yol texnikasının 2005-ci ilin sonunadək müvafiq olaraq inşa edilməsi və alınması və şəhər və rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsi üçün 70 mlrd. manat vəsaitin Nəqliyyat Nazirliyinə ayrılmasını təmin etsin».



NK həmçinin 2006-cı ildən başlayaraq hər il rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi ilə bağlı tələb olunan xərclərin dövlət büdcəsində nəzərdə tutulmasını təmin etməlidir.
XS
SM
MD
LG