Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:32

«Azadlıq» bloku meriyanı məhkəməyə verməyə hazırlaşır<p align=`left`><br><br>


Səs: Real audio
BŞİH-in İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanov: «Bu, onların hüququdur» «Azadlıq» seçki bloku Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verməyə hazırlaşır. Bu barədə qərar bloka daxil olan partiyaların noyabrın 25-də keçirilən növbədənkənar toplantısında verilib. Blokun həmtəsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, şəhər meriyasının onların noyabrın 27-də mitinq keçirməklə bağlı müraciətinə əsaslandırılmamış cavab verməsi bu addımı zəruri edir.



Cənab Qəmbər əlavə edir ki, əgər aksiyanın zamanının dəyişdirilməsilə bağlı BŞİH-in təklifi var idisə, bu, tədbirin təşkilatçıları ilə müzakirə edilməli idi: «Meriya dəfələrlə bu cür əsassız hərəkətlərlə qanun pozuntularına yol verib». Onun fikrincə, hakimiyyət mitinqin vaxtını özü təyin etməklə üstünlüyünü nümayiş etdirmək istəyir.



BŞİH-in İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanov isə deyir ki, kütləvi aksiyalarla bağlı quruma daxil olan bütün müraciətlər qanunla tənzimlənir: «Azadlıq» blokunun mitinqinin müraciətdə göstərildiyi kimi noyabrın 27-nə yox, 26-na salınmasına gəlincə, bu siyasi xarakter daşımır. Sadəcə, bazar günü vətəndaşların istirahətinə mane olmamaq üçün aksiyanın bir gün əvvələ-şənbə gününə keçirilməsi məqsədəuyğun hesab edilib. Əgər onlar hesab edirlər ki, meriyanın cavab məktubunda ən xırda detallar da izah olunmalıdır, gələcəkdə bu da nəzərə alınar».



Blokun BŞİH-i məhkəməyə verməsinə gəlincə isə, cənab Ramazanov deyir ki, bu, onların hüququdur.
XS
SM
MD
LG