Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:20

«7 əlvan kəpənək»in rəsm sərgisi


Səs: Real audio
Nuşirəvan Məhərrəmli: «Reklam qaydalarını pozan televiziyalara bir daha xəbərdarlıq edilməyəcək» Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən "7 əlvan kəpənək" uşaq rəsm studiyası üzvlərinin sərgisi açılıb.



"Abşeron" Rəsm Qalereyasında açılan sərgidə studiyanın bir çox rəsm müsabiqələrinin qalibi olmuş 10 üzvünün quaşla işlənmiş 73 əsəri nümayiş etdirilir.



Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov deyir ki, sərgini açmaqda əsas məqsəd gənc rəssamların irəli getməsinə kömək etməkdir:



"Belə sərgilər uşaqların, onların sənətlərinin inkişafında çox böyük rol oynayır. Həvəs həmişə uşaqlıq, gənclik illərindən gəlir".



Ağaəli İbrahimov sərgiyə girişin pulsuz olduğunu deyir. Sərgi noyabrın 30-dək davam edəcək.
XS
SM
MD
LG