Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58
Rubrikalar

AFFA prezidenti Brüsseldədir


Səs: Real audio
Biləsuvarda isə aksiyaçıların səhhəti ağırlaşıb - Azərbaycanın həndbolçu qadınlardan ibarət yığma komandası Portiqaliyada keçirilən Avropa çempionatının seçmə mərhələsində Finlandiya yığmasını məğlub edib – 35:24.



Bu tur çərçivəsində Portiqaliya Litvanı, Slovakiya isə Yunanıstanı məğlub edib. Azərbaycanın həndbolçu qadınları növbəti turda litvalı həmkarları ilə qarşılaşacaqlar.



- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının [AFFA] prezidenti Ramiz Mirzəyev UEFA-nın Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən seminarda iştirak etmək üçün Brüsselə yola düşüb.



AFFA-dan verilən məlumata görə, noyabrın 24-də başlayan seminarda əsas məqsəd Avropada futbolu inkişaf etdirmək üçün qitədəki siyasi qurumlarla əməkdaşlığı gücləndirməkdir. Seminarda həmçinin irqçilik, dopinq və başqa bir sıra məsələlər də müzakirə ediləcək.



- Noyabrın 27-də Bakının Nizami rayonunda uşaq və gənclər arasında cüdo üzrə beynəlxalq turnir keçiriləcək. İki gün davam edəcək turnirdə Rusiya və Gürcüstandan gələn idmançılar da mübarizə aparacaq.
XS
SM
MD
LG