Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Monitorinq Azərbaycanda «quş qripi»nin olmadığını göstərir


Səs: Real audio
Avstriya Hava Yollarının rəhbəri Erix Vulf 2003-cü il yanvarın 21-də Mərkəzi Kəşfiyyat İdarəsinin [MKİ] bir təyyarəsinin Frankfurtdan Azərbaycana uçarkən Avstriyanın hava məkanından keçdiyini deyib. O, əlavə edib ki, Avstriya həmin təyyarədə şübhəli yaraqlıların olması qənaətinə gəlib Azərbaycanda indiyə qədər «quş qripi» xəstəliyi qeydə alınmayıb. Bunu Respublika Baytarlıq Laboratoriyasının müdiri Elman Məmmədov noyabrın 8-dən 20-dək ölkədə aparılan monitorinqin nəticələrinə əsaslanaraq deyir. Onun sözlərinə görə, bu müddət ərzində ovlanan 67 çöl quşunun heç birində virus aşkarlanmayıb.



Cənab Məmmədov bildirir ki, müayinə üçün quşlar Pirallahı adasında, Dəvəçi limanında, Qaradağda, «Qızılağac» qoruğunda, «Ağgöl»də və köçəri quşların qışlama üçün məskunlaşdığı digər ərazilərdə ovlanır.



Bu yerlərin seçilməsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəritəsi əsasında həyata keçirilir. Onun sözlərinə görə, ərazilərə baxış mütəmadi həyata keçirilir. Noyabrın 28-dən isə daha bir monitorinqin aparılması nəzərdə tutulub.



Respublika Baytarlıq Laboratoriyasının müdiri əlavə edir ki, bu işə 20 nəfərə yaxın adam cəlb olunub. Həmin müddətdə isə ova icazə verilmir.
XS
SM
MD
LG