Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Ödəniş sistemləri haqda sərəncam imzalanıb


Səs: Real audio
Andres Herkel seçkinin nəticələrinin Avropa Şurasıyla Azərbaycan arasında münasibətlərə təsirini istisna etmir Prezident İlham Əliyev «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.



Sənəddə Nazirlər Kabinetinə (NK) tapşırılır ki, dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, habelə dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində əməkhaqlarının 2006-cı il 1 yanvar tarixindən başlayaraq ödəniş kartları vasitəsilə ödənilməsi üçün tədbirlər görsün. Həmçinin NK pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması məqsədi ilə pos-terminalların tətbiq edilməsi üçün tədbirlər həyata keçirməlidir.



Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
XS
SM
MD
LG