Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:30

Həmməruzəçilər yenə gəlir


Səs: Real audio
Andres Herkel seçkinin nəticələrinin Avropa Şurasıyla Azərbaycan arasında münasibətlərə təsirini istisna etmir Avropa Şurası Parlament Assambleyası [AŞPA] seçkidən sonrakı vəziyyəti müşahidə etmək üçün nümayəndə heyətini yenə Azərbaycana göndərir. Heyətə bu dəfə də Assambleyanın Azərbaycan üzrə həmməruzəçiləri – Andreas Qrossla Andres Herkel daxildir.



"Azadlıq" radisouna müsahibəsində cənab Herkel bildirdi ki, missiya şikayətlərə necə baxıldığını yerində yoxlayacaq, nəticələri etibarsız elan olunan, ya da təkrar seçki keçirilməli olan yerlərdə araşdırma aparacaq. Ehtimal ki, missiyanın səfəri dekabrda olacaq. Andres Herkel hər şeyin MSK-dan asılı olduğunu deyir.



AŞPA Monitoring Komitəsinin Azərbaycanda seçkilərlə bağlı daha geniş müzakirəsi dekabrın 15-də Parisdə olacaq.



"Seçkinin nəticələrinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərə təsiri ola bilərmi" sualına cavabında Andres Herkel dedi ki, sual "açıq" qalır.



Beynəlxalq Böhran Qrupu noyabrın 22-də yaydığı hesabatda bildirib ki, Azərbaycan hökuməti seçkidə pozuntularla bağlı ölçü götürməsə, Avropa Şurası Azərbaycanın təşkilata üzvlüyünün ləğvi üçün işə başlamalıdır.



Avropa Şurasının seçki barədə rəyi noyabrın 7-də Beynəlxalq Müşahidə Missiyasının qiymətləndirməsində əks olunub. Bildirilir ki, Azərbaycanda parlament seçkisi ATƏT, həm də Avropa Şurasının demokratik seçki standartlarına uyğun keçirilməyib.
XS
SM
MD
LG