Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» «McDermott» şirkəti fəhlələrdən problemlərinin həlli üçün noyabrın 30-dək vaxt istəyib
Noyabrın 22-də «McDermott» şirkətinin 2000-ə qədər fəhləsi tətil etdi. Onlar əmək haqlarının artırılmasını və şirkətdə Azərbaycan qanunlarına riayət olunmasını tələb etdilər. İşçilər həmçinin əmək şaraitinin ağırlığına, əcnəbi fəhlələrlə onlar arasında fərq qoyulmasına, mütəmadi olaraq azərbaycanlı işçilərin işdən azad edilməsinə də etiraz edirlər.
Fəhlələr noyabrın 24-dən «McDermott»da işin bərpa olunduğunu deyirlər. Elə onlarla sohbətimiz də iş vaxtına təsadüf etdi.
Etiraz aksiyasının fəallarından olan Şadkamal Bağırov deyir ki, fəhlələr rəhbərliklə əldə olunan razılaşmaya əsasən, səhər saat 8-dən iş başındadırlar. Onun sözlərinə görə, şirkətin rəhbərliyi fəhlələrdən problemlərin həlli üçün noyabrın 30-dək vaxt istəyib. Eyni zamanda əmək haqlarının minimum 20 faiz qaldırılacağını bildirib. Fəhlələr bir həftə işləməklə nəticəni gözləmək qərarına gəliblər.
Şadkamal Bağırov bir gün işə çıxmamaları ilə bağlı hələ ki, fəhlələrin incidilmədiyini desə də, bunun mümkünlüyünü istisna etmir. Onun sözlərinə görə, tətillə əlaqədar «McDermott»a ABŞ-dakı rəhbərlik tərəfindən də zəng edilib və aksiyaya səbəb olan problemlərin aradan qaldırılması tapşırılıb.
Deyilənləri dəqiqləşdirmək üçün «McDermott» şirkəti ilə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı. Amma «McDermott»un baş meneceri Aleks Vali elə tətil günü şikayətlərə baxılacağını bildirmişdi.
Etiraz aksiyasında fəhlələr əmək haqqının aşağı olmasından danışsalar da, bu, irəli sürülən 14 tələbdən yalnız biri idi. Fəhlələr şirkət rəhbərliyinin onlara qarşı ədalətsiz münasibətindən, ölkə qanunlarına riayət etməməsindən və digər bu kimi xoşagəlməz hallardan da narazılıq edirdilər. Onların sözlərinə görə, «McDermott»da yerli işçilərlə əcnəbilərə təkcə əmək haqqının məbləğində yox, əmək qanununa riayətdə, hətta insani münasibətlərdə də kəskin fərq qoyulur. Məsələn, şirkətdən könüllü getmək istəyənə elə arayış verirlər ki, onun sonra başqa yerdə işə girməsi problemə çevrilir. O ki, qaldı işdən çıxarılmalara bu xəbərdarlıqsız edilir. Fəhlələr nədənsə narazılıq edəndə isə müxtəlif təzyiqlərlə üzləşirlər.
Fəhlələr deyirlər ki, indiyə qədər onlar «McDermott»un rəhbərliyinə dəfələrlə müraciət ediblər. Ancaq bunların heç bir nəticəsi olmayıb. Sonuncu müraciət noyabrın 16-da edilib. Bir nüsxəsi də bizdə olan həmin müraciət Azərbaycan və ingilis dillərində yazılıb. Müraciətdə şirkət rəhbərliyindən əmək haqqı cədvəlinə yenidən baxılması və işçilərə münasibətdə ikili standartlara son qoyulması xahiş edilir. Sənəddə deyilir ki, əgər bu müraciət də nəzərə alınmasa, onlar ABŞ və Azərbaycan hökumətlərinə müraciət edəcəklər.
Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə hesab edir ki, hər hansı müəssisədə belə hallar baş verdikdə məsələnin araşdırılması üçün işçilər müvafiq dövlət orqanlarına müraciət etməlidirlər.