Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:26

<i>«Üç nöqtə»</i>: «İki vəkilin fəaliyyətinə xitam verildi»


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" «Üç nöqtə» qəzetindəki «İki vəkilin fəaliyyətinə xitam verildi» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, söhbət Namizəd Səfərov və Tapdıq Süleymanovdan gedir. Məqalədə bildirilir ki, bu şəxslər baş verənlərlə bağlı apellyasiya şikayəti verməyə hazırlaşırlar. Müəllif yazır ki, Vəkillər Kollegiyası (VK) qərarı onunla əsaslandırıb ki, 12 saylı Hüquq Məsləhətxanasının sədri vəfat edəndən sonra, həmin vəkillər özbaşına toplantı keçirib və Lətifə Əliyevanı yeni sədr təyin ediblər. VK isə adıgedən məsləhətxananın sədr əvəzi vəzifəsinə Əfqan Hacıyevi təyin edib.



«Bakı-Xəbər» qəzetindəki «Qatı cinayətkarlar azadlığa çıxır» başlıqlı məqalədə Tamerlan yazır ki, söhbət dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs olunan keçmiş hakimiyyət nümayəndələrindən gedir. Müəllif yazır ki, sabiq spiker, ADP sədri Rəsul Quliyevlə əlbir olduğu söylənilən bu məmurların həbsi şounun əsas məqamların pərdələmək məqsədi daşıyırdı. İndi isə sabiqlərin on minlərlə pullu tərəfdarı hökumətdən narazıdır və hər an müxalifətin mitinqlərinə dəstək üçün maliyyə vəsaiti ayıra bilərlər.



Müəllif yazır ki, artıq söylənən ittihamla həbs olunmuş yüksəkçinli məmurlardan biri, «Azərkimya» Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov zaminə buraxılıb. Hazırda isə iqtidar ictimai rəyi xəstə olduğu bildirilən sabiq Səhiyyə naziri Əli İnsanovun azad edilməsinə hazırlayır.
XS
SM
MD
LG