Səs: Real audio
Amma bu, ilkin nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı «Yeni Müsavat» qəzetindəki «Azərbaycanda mandat alveri gedir» başlıqlı məqalədə Məhbubə yazır ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərindən biri Andres Herkel deyib. O, bildirib ki, Azərbyacanın AŞPA-dakı nümayəndə heyətinin mandatdan məhrum olunacağı da istisna edilmir.
Məqalədə deyilir ki, cənab Herkel «bu gün Azərbaycanda sekilə bağlı alver gedir. Bəzi dairələrdə bu, açıq görünür və çox pis haldır» deyib. 6 noyabr seçkisi ilə bağlı əvvəlki mövqeyində qaldığını söyləyən Andres Herkel deyib ki, bu kampaniya beynəlxalq standartlara qətiyyən cavab verməyib.
«Azadlıq» qəzeti «Yeni Siyasət» («YeS») blokunun həmtəsisçilərindən olan Eldar Namazovla müsahibə dərc edib. Cənab Namazov deyir ki, əgər o və təmsil etdiyi blokun digər namizədləri seçkidə həqiqətən uduzmuş olsaydılar, bu gün kəskin fikir söyləməyə ehtiyac qalmazdı. E.Namazovun iddiasına görə, blokdan olan namizədlərin səsləri oğurlanıb.
O, «YeS»in hakimiyyətlə danışıqlara getməsi haqda müxalifət dairələrində dolaşan söhbətlərə də münasibətini bildirib. Deyib ki, danışıqlara gedənlər bu addımı seçkidən qabaq ataraq mandat alıblar. Cənab Namazov onu da bildirib ki, seçkidə qalib gələn iki blok üzvünə parlamentə gedib-getməmək məsələsində müstəqil seçim etmək hüququ verilib.