Səs: Real audio
Tanrıverdi Mustayayev bu rəqəmin artacağını istisna etmir «Dağlıq Qarabağ münaqişəsi 2006-cı ildə ya həllini tapacaq, ya da bu proses xeyli uzanacaq. Bəlkə də həll olunmayan münaqişələr siyahısına aid olacaq».
Belçika Krallığı Xarici İşlər Nazirliyinin ATƏT-də fəaliyyət göstərən xüsusi nümayəndəsi Pyer Şevalye Bakıda keçirdiyi görüşlərdə belə deyib. Bu barədə «Azadlıq» radiosuna Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov məlumat verdi. Onun sözlərinə görə, senator Şevalyenin Bakıya səfərində əsas məqsəd münaqişənin tarixi və azərbayanlı rəsmilərin mövqeyilə tanış olmaqdır.
Pyer Şevalye prezident İlham Əliyev, parlamentin spikeri Murtuz Ələsgərov, Xarici İşlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla görüşüb.
Belçika Krallığı 2006-cı ildən ATƏT-ə sədrlik edəcək. «AzərTac» Agentliyinin məlumatına görə isə, qonaq bildirib ki, 2006-cı ildə sədr kimi Belçika münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışacaq.
P.Şivalyenin ATƏT-in Bakı Ofisinin rəhbərliyi ilə də görüşü planlaşdırılır.