Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

Mitinqlərlə nə dəyişəcək?


Səs: Real audio
Tanrıverdi Mustayayev bu rəqəmin artacağını istisna etmir Başda "Azadlıq" bloku olmaqla yeni seçki tələb edən qüvvələr seçkidən sonra 3-cü mitinqini keçirtdi, yenə də minlərlə adam topladı. Müsbət məqam odur ki, müxalifət etirazını dinc şəkildə bildirir, hakimiyyət də dinc mitinqə şərait yaradır.



Bu mitinqlər siyasi mübahisələrin sivilizasiyalı şəkildə aparıldığını göstərir. Ancaq bu yol mübahisənin həllinə gətirəcəkmi? Bu mitinqlərlə nəyisə dəyişmək mümkündürmü?



Bu mitinqlərin təşkilatçıları – AXCP, Demokrat və Müsavat partiyalarının rəhbərləri hesab edirlər ki, mitinqlərlə dəyişiklik mümkün olacaq. Sonuncu mitinqdə Müsavat başqanı İsa Qəmbər deyirdi ki, müxalifətin aksiyaları təkcə Bakıyla məhdudlaşmayacaq, aksiyalar bölgələrdə də davam edəcək və hakimiyyətə olan təzyiqlər artacaq. Bu da dinc dəyişikliklərə gətirib çıxaracaq:



«Mən inanıram ki, bizim birliyimiz, xalqın birliyi gündən-günə güclənəcək, biz dinc, ardıcıl və prinsipial şəkildə mübarizəmizi davam etdirəcəyik. Bu mübarizə Azərbaycanda hakimiyyətin dinc yolla dəyişməsinə gətirib çıxaracaq. Xalqın seçdiyi, xalqın inandığı adamların, qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaq».



Həm sonuncu, həm də bundan əvvəlki mitinqdə Müsavat başqanı problemlərin iqtidarla dialoqla həll edilə biləcəyini də demişdi.



İqtidar nümayəndələri isə həmişə deyirlər ki, müxalifət zəifdir və çoxluq onları müdafiə etmədiyindən keçirdikləri mitinqlərlə nəyəsə nail ola bilməyəcəklər.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov mitinqlərlə nəyisə dəyişməyin mümkün olmadığını deyir. Hökumətin isə dilaoqa hazır olduğunu bildirir:



«Bu insanlar [müxalifət] cəmiyyətdə özlərini islah edib, normal bir müxalifət səviyyəsinə gəlib hakimiyyətlə, cəmiyyətlə münasibətlərinin taktikasına, strategiyasına yenidən baxmalıdırlar. Əks halda, bunlar yavaş-yavaş səhnədən çıxacaqlar. Odur ki, biz hakimiyyət olaraq istənilən halda cəmiyytəin istənilən institutu, o cümlədən siyasi partiyalarla dialoqa hazırıq».



Seçkilərdən sonra – noyabrın 9-da keçirilən ilk mitinqdə yürüş edənlər sanki aksiyaların davamlı olacağını gözləyirdilər. Elə «çadırlar meydana!» şüarları da birinci mitinqdə səslənmişdi. Noyabrın 13-də isə ilk sırada olanlar mitinqin gedişində bir neçə dəfə yerə də oturdular, sanki bununla oturaq mitinqlərə hazır olduqlarını göstərmək istəyirdilər.



Sonuncu mitinqdə də belə cəhdlər oldu. «Azadlıq» blokunun rəhbərləri isə bildirdilər ki, oturaq mitinqlərə qərar veriləndə bu cür mitinqlər baş tutacaq.



Daxili işlər naziri Ramil Usubov da həftəsonu rəsmi qəzetlərə müsahibəsində oturaq mitinqlər məsələsinə toxunub. Deyib ki, oturaq mitinqlərə imkan verilməyəcək, buna cəhd edilsə, polis qarşısını alacaq.



Ekspertlərin fikrinə gəldikdə isə, Zəfər Quliyev deyir ki, indiki vəziyyət qeyri-müəyyəndir. Ancaq o, müxalifətin hazırkı addımını düşünülmüş sayır:



«Beynəlxalq müşahidəçilər də, xarici media da 9 noyabr mitinqində gözləyirdi ki, müxalifət çadır quracaq, meydanda qalacaq. Lakin müxalifətin başqa yolu da vardı. Mübarizəni silsilə mitinqlərlə uzunmüddətli aparmaq, cəmiyyəti fəallaşdırıb mitinqlərə qoşmaq, bütün narazı qüvvələri ətrafında birləşdirərək qüvvə toplamaq. Müxalifət bu cür düşünülmüş taktikaya üstünlük verdi».



Başqa bir ekspert Sadiq Qurbanov isə deyir ki, müxalifətin aksiyaları oturaq mitinqlərə çevrilməyəcək, aksiyalar sərtləşməyəcək. Ekspertin fikrincə, müxalifət seçkidəki məğlubiyyətini gizlətmək və gündəlikdə qalmaq üçün həftədə bir dəfə yürüş-mitinq keçir
XS
SM
MD
LG