Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20
Rubrikalar

«Müəllim və mədəniyyət»


Səs: Real audio
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasında "Azad seçki", "Seçkilər yenidən keçirilsin" tələbilə növbəti icazəli yürüş-mitinq keçirildi Bu "İz"də:



- «Müəllim və mədəniyyət» mövzusunun izinə düşəcək;



- İki yaradıcı ruhu qovuşduran «Yaşayır insan» videoklipindən soraq tutacaq;



- «Maarif» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- və hər dəfə Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Elmira Muradəliyeva və təşkilatın koordinatoru Əlövsət Əmirbəylinin açıqlamalarını eşidəcəksiz.



«YAŞAYIR İNSAN» MAHNISI İKİ YARADICI RUHU QOVUŞDURDU



"CNF [Cabir Novruz Fondu] Production" axır ki, çoxdandır gözlədiyimiz klipin təqdimatını keçirdi.



Şirkətin prezidenti Müşfiq Cabiroğlu deyir ki, üstündən 34 il keçdikdən sonra bu mahnıya qayıtmağın səbəbi ölməz sənətkar Rəşid Behbudovun qarşıdan gələn 80 illiyidir.



Deyilənə görə, klip xeyli vaxtdır ki, hazırdır. Bəs onun tanıtımı niyə belə gecikdi?



Rejissor Günel Şakir: "Biz klipi artıq mayda yekunlaşdırmışdıq. Sadəcə, fikirləşdik ki, dekabrın 14-ü Rəşid Behbudovun anadan olan günüdür. Eyni zamanda dekabrın 12-si Cabir Novruzun anım günüdür. Və Oqtay Kazıminin də dekabrın 27-si doğum günüdür. Ona görə qərara aldıq ki, bu üç dahi sənətkarın birgə məhsulu olan bu mahnıya çəkilən klipi dekabrda təqdim edək".



Klipin süjeti çox sadədir. Ekranda görüşə hazırlaşan bir oğlanla bir qızın günlük yaşantılarını izləyirik. Uzun hazırlıqlardan sonra onlar Rəşid Behbudovun mahnı teatrının qabağında, elə Rəşid bəyin şəkli vurulmuş lövhənin önündə görüşürlər. Amma seyrçilərin gözlədiyi kimi bir-birlərilə yox, hərəsi öz sevgilisi ilə.



"AZAD CƏMİYYƏTİN OLMASI ÜÇÜN AZAD MÜƏLLİM OLMALIDIR"



Bu dəfə «müəllimlər və mədəniyyət» problemini araşdırırıq. Mövzu bələdçimiz Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Elmira Muradəliyeva və təşkilatın koordinatoru Əlövsət Əmirbəylidir.



Aparıcı: - «İz» mədəniyyət proqramı olduğundan bəlkə, problemlərin məhz mədəniyyətdən qaynaqlanan qismini önə çəkək? Məsələn, fikrinizcə, azadfikirlilik dəyərləri, liberal-demokratik dəyərlər həmkarlarınız arasında nə dərəcədə yayılıb?



Elmira Muradəliyeva: – Təhsil adətən hər bir dövlətdə bir strategiyadır. Bu gün biz deyirik ki, vətəndaş cəmiyyəti qururuq və vətəndaşların formalaşmasında müəllimlərin rolu danılmazdır. Amma müəllim bu gün kitab, dərslik üzrə bir şeylər deyir, amma həyatda şagird tamamilə başqa şeylərlə üzləşir.



Əlövsət Əmirbəyli: – Azadfikirlilik o yerdə olur ki, orda azad cəmiyyət olsun. Azad cəmiyyətin olması üçün azad müəllim olmalıdır... Müəllim əgər sinifdə bir türlü danışıb bayıra çıxarkən başqa cür fikir, sifət göstərirsə, artıq o müəllimin cəmiyyətdə rolu ola bilməz... Sadəcə, cəmiyyətdə bu gün elə bir vəziyyət yaranıb ki, Azərbaycan müəllimi ələbaxımlı olub, kimlərinsə əmrlərini yerinə yetirməyə məcburdur, yuxarıdan gələn əmrə hər an müntəzirdir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG