Səs: Real audio
66 saylı dairədə seçkinin nəticələrinin ləğvi tələbilə Biləsuvarda 10-dan çox adam aclığa başlayıb Noyabrın 19-da «Azadlıq» və «Yeni Siyasət» seçki blokları, Milli Birlik Hərəkatı və Milli Demokrat Partiyası növbəti yürüş-mitinq keçirdi. Aksiya metronun «20 Yanvar» stansiyasının yanından yürüşlə başlayıb, Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə başa çatdı. Mitinqdə «Yeni seçki!», «İstefa!» şüarları səsləndi.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, müxalifətin aksiyaları təkcə Bakıda yox, bölgələrdə də davam edəcək: «Dinc mitinqlərlə biz hakimiyyətin dəyişməsinə nail olacağıq. Qərb demokratiyanı neft maraqlarına qurban verməməlidir».
Milli Birlik Hərəkatının rəhbəri Lalə-Şövkət Hacıyeva: «Hakimiyyətin parlamentə buraxdığı doquz müxalifət nümayəndəsi heç bir iş görə bilməz, ona görə də biz mandatdan imtina etdik».
AXCP sədri Əli Kərimli isə, müxalifətin yaxın vaxtlarda əməli addımlar atacağını desə də, bunların nədən ibarət olacağını bildirmədi.
ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə dedi ki, ABŞ və Qərb ölkələri seçki saxtakarlıqlarına qarşı mövqelərini bildirməlidir.
Aksiya Bakı Şəhər İcra Hakimiyyətinin təyin etdiyi vaxtdan yarım saat gec qurtardı. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, mitinq insidentsiz keçib.
Birləşmiş müxalifət növbəti yürüş-mitinqi noyabrın 23-nə təyin edib.
Bu arada isə Biləsuvarda 66 saylı dairədə seçkinin nəticələrinin ləğvi tələbilə 10-dan çox adam aclığa başlayıb. Müsavat Partiyası yerli təşkilatının sədri Yusif Mehdinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, aclıq edənlərdən biri həmin dairədən deputatlığa namizəd Mirzətulla Zəkidir. Aclıq edənlər arasında həmçinin Dairə Seçki Komissiyasının katibi Mirzağa Əzizli və müşahidəçilər də var. Onlar eyni zamanda bir neçə gün əvvəl Biləsuvarda etiraz aksiyasında həbs edilənlərin azadlığa buraxılmasını tələb edirlər.
Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, 66 saylı Biləsuvar dairəsindən Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı deputat seçilib.