Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:37

Seçkini uduzan müstəqillər kimə qoşulacaq?


Səs: Real audio
"Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərində bəzi proseslərin tam qanunauyğun şəkildə keçməsi barədə deyilənlər bir qədər şübhə doğurur" Statistika baxımından, parlament seçkilərini bitərəflər udublar. Öz dairələrində lider olanların 34 faizi bitərəfdir. Bitərəflər yalnız Yeni Azərbaycan partiyasından geri qalırlar.



Ancaq yaxından baxanda udan bitərəflərdən biri, məsələn Aydın Abbasovdur – baş nazirin birinci müavinin oğlu. Onu həqiqətən bitərəf saymaq olarmı? Və yaxud Fəttah Heydərov – Kəmaləddin Heydərovun atası. O, da fərdi qaydada irəli sürülüb, partiya mənsubiyyəti də göstərilməyib.



Hakimiyyətə yaxın olmayan nə qədər bitərəf bu seçkiləri uda bilib? Bu sualın cavabı çətindirsə, "seçkini uduzan bitərəflər nə qədərdir" sualının cavabı çox asandır. Azı min nəfər. Bu da üst-üstə götürəndə bütün siyasi partiya və blokların uduzanları qədərdir.



Həqiqətən tərəfsiz hesab olunanlar bu seçkiləri niyə uduzdular? Axı Beynəlxalq Seçki Sistemləri Fondunun bir il qabaqkı sorğusuna görə, əhalinin 51 faizi nə hakimiyyəti, nə də müxalifəti dəstəkləyirdi. Onda nə oldu? Və ən vacib sual – indi bu uduzan müstəqillər kimə qoşulacaqlar? Hakimiyyətə, yoxsa müxalifətə?



Studiyamızın qonaqları seçkilərdə namizəd olub, seçkiləri uda bilməyən müstəqillərdir:



- Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti İntiqam Əliyev;



- "Qaya" Mətbuat Yayım Şirkətinin rəhbəri Xanhüseyn Əliyev;



- 7 il diplomatik işdə çalışmış, Amerikanın Fletçer Hüquq və Diplomatiya Məktəbinin məzunu Vüqar Məmmədov.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG