Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Sərdar Cəlaloğlu Konstitusiya Məhkəməsinə şikayət etdi


Səs: Real audio
Arif Hacılı isə Ali Məhkəməyə Noyabrın 18-də «Azadlıq» blokunun 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədi, ADP-nin sədr müavini Sərdar Cəlaloğlu Apellyasiya və Ali Məhkəmənin qərarlarından Konstitusiya Məhkəməsinə şikayət edib.



Mərkəzi Seçki Komissiyası (MSK) Sərdar Cəlaloğlunun seçkiyə qatıldığı dairənin nəticələrini ləğv edib. Deputatlığa namizədsə qurumun qərarını qeyri-qanuni sayaraq, məhkəməyə müraciət edib. Ancaq hər iki instansiya MSK-nın qərarını qüvvədə saxlayıb.



Blokun daha bir - 110 saylı Zaqatala seçki dairəsindən namizədi, Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib. MSK onun namizəd olduğu dairənin də nəticələrini ləğv edib. Cənab Hacılı Apellyasiya Məhkəməsinə müraciət etsə də, MSK-nın qərarı qüvvədə saxlanılıb.
XS
SM
MD
LG