Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09
Rubrikalar

Prezident dövlət büdcəsini təsdiq etdi


Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir - Prezident İlham Əliyev "Dövlət büdcəsinin təsdiq edilməsi haqqında" qanun və bununla bağlı fərman imzalayıb.



Hər iki sənəd 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir. 2006-cı ilin dövlət büdcəsi 3 milyard 600 milyon yeni manata yaxındır.



Prezidentin digər bir fərmanı "Ünvanlı dövlət yardımı haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqındadır. Məqsəd aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsidir.



- Ukrayna Ali Radası Ukrayna və Azərbaycan arasında neft sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu hökumətlərarası saziş 2004-cü ilin iyununda Kiyevdə imzalanıb.



- Milli Bankın məlumatına görə, noyabrın 17-də 1 dollar 4 596, 1 avro 5 384, 1 rubl isə 159 manat olub.
XS
SM
MD
LG