Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

<i>«Xalq Cəbhəsi»</i>: «Həmməruzəçilər əvəzlənə bilərmi?»


Səs: Real audio
400-dən artıq sərnişin isə hələ də aeroportda gecələyir «Bakı-Xəbər» qəzetindəki «Seçkinin saxtalaşdırılması ilə Qarabağ probleminin həlli də dalana dirənib» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, dünya təcrübəsinə istinadən demək olar ki, oxşar münaqişələr o zaman haqlı tərəfin xeyrinə həll edilir ki, həmin xalq özünü dünyaya sivill, demokratik ölkə kimi qəbul etdirə bilsin. Məqalədə bildirilir ki, bunu həm Aland adaları modelində, həm də Britaniya variantında görmək mümkündür. Müəllif yazır ki, saxtakarlıqla keçirilən seçkilə Azərbaycan buna nail ola bilmədi. Heç bir ölkə bu seçkidən sonra rəsmi Bakının haqq səsini eşitməyəcək.



«Xalq Cəbhəsi» qəzetindəki «Həmməruzəçilər əvəzlənə bilərmi?» başlıqlı məqalədə Aygün Rəhmanqızı yazır ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel yeniləriylə əvəzlənə bilər. Məqalədə bildirilir ki, bu barədə AŞPA-da Azərbaycanın daimi nümayəndəsi olan Aqşin Mehdiyev bəyanatla çıxış edib. Azərbaycanın sözügedən təşkilatdakı nümayəndə heyətinin üzvü Asim Mollazadə isə bu fikirlərlə razılaşmadığını bildirir.



Məqalədə qeyd olunur ki, həmməruzəçilərin son məruzələri üzərində monitorinq davam edir və hər hansı narazılıq müzakirə olunacaq. Məqalədə o da vurğulanır ki, həmməruzəçilərin fikirləri Azərbaycanın maraqları ilə üst-üstə düşməsə də, onların dəyişdirilməsi nümayəndə heyətinin səlahiyyətləri çərçivəsində olan iş deyil.
XS
SM
MD
LG