Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:38

Mandat oyunu


Səs: Real audio
400-dən artıq sərnişin isə hələ də aeroportda gecələyir Bu dəfə Anar Məmmədxanovla Vurğun Əyyub arasında



Suraxanı birinci seçki dairəsində deputat yeri uğunda 10 namizəd mübarizə aparıb. Onlardan ikisi bitərəf, qalanları isə partiya üzvüdür.



Mərkəzi Seçki Komissiyasının [MSK] ilkin nəticələrində bitərəf Anar Məmmədxanov qalib elan edilib. Amma onunla bu dairədə mübarizə aparan Müsavat partiyası başqanının birinci müavini Vurğun Əyyub rəsmi nəticələrlə razı deyil. Və hesab edir ki, həmin dairədə o, qalib gəlib.



"PA Consulting Group"un seçki günü həmin dairədə keçirdiyi "ekzit-pol"un [seçki məntəqələrindən çıxışda müstəqil sorğu] nəticələrinə görə, ən çox səs Vurğun Əyyuba verilib. Seçicilərin təxminən 51 faizi Vurğun Əyyuba, 28 faizi isə Anar Məmmədxanova səs verib. Qalan namizədlər isə xeyli az səs toplayıblar.



Vurğun Əyyub bir sıra məntəqələrdə Anar Məmmədxanovun xeyrinə qutulara çoxlu bülletenlər atıldığını, bülletenlərin sayılması ərəfəsində müşahidəçilər və müxalifətdən olan komissiya üzvlərinin məntəqələrdən uzaqlaşdırıldığını deyir.



Həmin dairədə "Yeni Siyasət" blokundan namizədliyi irəli sürülən Ayaz Rüstəmov isə kimin qalib gəldiyi barədə konkret fikir söyləməkdə çətinlik çəkir. Amma deyir ki, 23 məntəqədəki protokolların nəticələrinə görə, üç məntəqə istisna olmaqla bütün məntəqələrdə ən çox səs Anar Məmmədxanov toplayıb.



Bitərəf namizəd Seyfulla Cəfərov əksinə, Vurğun Əyyubun qalib gəldiyini ehtimal edir.



MSK-nın qalib elan etdiyi Anar Məmmədxanovsa deyir ki, 10 namizəddən ikisi onu deputat seçilməsi münasibətilə təbrik edib. Digər namizədlərin saxtalaşdırma barədə dediklərini isə o, təbii qarşılayır.



Anar Məmmədxanovun sözlərinə görə, əvvəl həmin dairədə 17 namizəd olub və onlardan 7-si namizədliyini onun xeyrinə geri götürüb. Bu da yerdə qalan namizədlər arasıda qısqanclığa səbəb olub. Cənab Məmmədxanov iddia edir ki, hətta ondan iri məbləğdə pul istəyib namizədliyini geri götürmək istəyənlər də olub.



Prezident İlham Əliyevlə dostluğunun bu qələbəyə təsiri olması barədə deyilənlərlə gəlincə, Anar Məmmədxanov bu fikirlə də razılaşmır və hesab edir ki, onun belə uğurları bu dostluqdan xeyli əvvəl də olub: "Mən 1993-cü ildə KVN-də qalib olmuşam, prezidentlə isə 95-ci ildən dostam".



MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, səsvermə günündən başlayaraq 20 gün müddətində bütün şikayətlər araşdırılır. Digər dairələrdə olduğu kimi bu dairədə şikayətlər öz təsdiqini tapsa, qanuni addımlar atılacaq.
XS
SM
MD
LG