Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

«Seçkidə yol verilən pozuntulara görə»…


Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir İcra başçılarının işdən çıxarılma səbəblərinin rəsmən belə izahına müxalifət etiraz edir



Seçkidən sonra Suraxanıda, Sabirabadda icra başçısı dəyişdirildi, indi də Zaqatalada.



Hər üç icra başçısının işdən çıxarılması rəsmi şəkildə seçki zamanı yol verilən pozuntularla izah edilib.



Ancaq müxalifətin də öz izahı var. Müxalifət deyir ki, işdən çıxarılan icra başçıları az müdaxilə etdiklərinə, müxalifət namizədlərinin qabağını ala bilmədiklərinə görə işlərini itirirlər.



«Azadlıq» blokundan deputatlığa namizəd Arif Hacılı iddia edir ki, seçkidə qələbə çaldığı haqda əlində protokollar var. Bundan başqa «Azadlıq» blokundan namizədliyini Sabirabad seçki dairəsindən irəli sürən Pənah Hüseynin də əlində seçkini udması ilə bağlı protokollar var. Arif Hacılının qənaətinə görə, bütün bunlar o deməkdir ki, həm Sabirabadda, həm də Zaqatalada total saxtakarlıqlar baş verməyib və nəzarət də ciddi olmayıb. Yoxsa protokolları necə əldə edərdilər?



Onun sözlərinə görə, müqayisə üçün, «Azadlıq» blokunun namizədləri bir sıra dairlərdə protokolları əldə edə bilməyiblər. Üstəlik, həmin dairələrdə həm müşahidəçilərə, həm də seçicilərə təzyiqlər edilib. Ancaq nə həmin dairələrin yerləşdiyi rayonların icra başçıları işdən çıxarılır, nə də həmin dairələrdə nəticələr ləğv edilir.



Arif Hacılı hesab edir ki, hakimiyyət belə bir siyasət yeritməklə eyni zamanda bir neçə məqsəd güdür. Bir tərəfdən «Azadlıq» blokunun namizədlərinin qələbəsinin qarşısını ala bilməyən icra başçıları cəzalanır. Digər tərəfdən də bu beynəlxalq aləmə seçkini saxtalaşdıran məmurların cəzalanması kimi təqdim edilir. Üstəlik, nəticələr ləğv edildiyindən, onun kimi şəxslərin də halal mandatı əlindən alınır. Ancaq Arif Hacılı hesab edir ki, bu siyasətlə beynəlxalq ictimaiyyəti aldatmaq mümkün deyil.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin məsul işçisi Fuad Axundov deyir ki, dövlət başçısı azad və ədalətli seçkilərdə maraqlıdır. Onun sözlərinə görə, bu sərəncamlara– işdən çıxarmalara da onun iradəsinin təzahüri kimi baxmaq lazımdır.



Zaqatala rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Rəhimov seçki pozuntularına yol verdiyini qəti olaraq inkar edir. O, müəyyən mənada səhvlər etdiyini etiraf edir, ancaq bu səhvlərin nədən ibarət olduğunu demir.
XS
SM
MD
LG