Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:14
Rubrikalar

Dünya çempionatı Azərbaycanın «dəri əlcəkliləri» üçün çətin keçir


Səs: Real audio
Başqa bir qrup namizəd isə müxalifət partiyalarını ölkədə gərginlik və qarşıdurma yaratmaqda ittiham edir - Noyabrın 16-da AFFA futbol üzrə Azərbaycan yığmamasının keçmiş kapitanı Qurban Qurbanovun futbol karyerasını başa vurmasıyla bağlı vida matçı keçirəcək.



Qarşılaşma Azərbaycan çempionatında oynayan legioner futbolçularla yerli futbolçular arasında olacaq. Matç saat 18.00-da başlanacaq.



- Qətərin paytaxtı Dohada ağır atletika üzrə dünya çempionatı davam edir. Noyabrın 16-da Azərbaycan ateti Alan Nanıyev də mübarizəyə qoşulacaq.



- Çində boks üzrə dünya çempionatı davam edir. Turnirdə Azərbaycan yığma komandası da iştirak edir. İlkin mərhələ qarşılaşmasında artıq 3 Azərbaycan boksçusu dünya çempionatı ilə sağollaşıb. Ceyhun Əbiyev, Elçin Əlizadə və Emil Məhərrəmov isə növbəti mərəhələyə yüksəlib. Onlardan başqa daha 4 boksçu da rinqə çıxacaq. İlkin mərhələ qarşılaşmaları isə noyabrın 17-dək davam edəcək.



- Qazaxıstanın paytaxtı Astanada sambo üzrə dünya çempionatı sona çatıb. Çempionatda 40-dan artıq ölkədən 350 idmançı iştirak edib. Azərbaycan turnirdə 5 idmançı ilə təmsil olunub. Onlardan Elçin İsmayılov (57 kq) bürünc medal qazanıb.



- Beynəlxalq Gimnastika Federasiyası ən yaxşı idmançıların reytinq cədvəlini açıqlayıb. Azərbaycan gimnastı Anna Qurbanova dünya reytinqində mövqeyini yaxşılaşdıraraq iplə yarışlar üzrə 11-ci yerdədir. Lentlə yarışlar üzrə isə o, 15-ci pilləyə yüksəlib. Digər Azərbaycan gimnastı Dinarə Gimatova isə birinci onluqdadır. Lent və gürzlə yarışlarda o, 9-cu pillədə qərar tutub.



- Güllə atıcılığı üzrə Azərbaycan Kuboku uğrunda turnir başa çatıb. Turnirdə 45 idmançı iştirak edib. Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşımova qadınlar arasında 10 metr məsafəyə pnevmatik və 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açmaqda birinci olub. Kişilərin yarışında isə ilk pilləyə Şükürağa Eyvazov yüksəlib.
XS
SM
MD
LG