Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34
Rubrikalar

Qurban Qurbanovun vida matçı keçiriləcək


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub - İstanbuda keçirilən 20-yaşlılar arasında şamat üzrə dünya çempionatı davam edir. Noyabrın 14-də Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hollandiyalı rəqibi Ervin l'Amiylə qarşılaşacaq. İndiyə qədər keçirdiyi 5 oyunun 4–nü qələbə, 1-ni isə heç–heçə ilə başa vuran Məmmədyarov 4.5 xalla 1-ci yerdədir. Ervin l'Ami isə 4 xalla 3–5-ci yerləri bölüşür.



Digər Azərbaycan şahmatçısı – Haşımov Vüqar isə 3.5 xalla 7-11-ci yerləri bölüşür.



Şahmat üzrə milli komandanın məşqçisi Fikrət Seyidzadə Şəhriyar Məmmədyarovun turnirdən medalla qayıdacağına şübhə etmir. Onun sözlərinə görə, Məmmədyarov artıq Dünya Kuboku uğrunda yarışda iştirak etmək hüququ qazanıb.



- Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda futbol karyerasını başa vurmuş Qurban Qurbanovun vida matçı keçiriləcək. Həmin gün Azərbaycan çempionatında oynayan legionerlərdən təşkil olunmuş komanda ilə ölkənin milli yığması qarşılaşacaq.



Qurban Qurbanov futbol karyerası dövründə bir müddət Azərbaycan yığmasının kapitanı olub, bir neçə yerli və xarici klublarda oynayıb.
XS
SM
MD
LG