Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

Məhkəmə Flora Kərimovanın şikayətini təmin etmədi


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Noyabrın 14-də Apellyasiya Məhkəməsi «Azadlıq» seçki blokunun 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi, müğənni Flora Kərimovanın şikayətini təmin etməyib.



Noyabrın 8-də Mərkəzi Seçki Komissiyası (MSK) protokolların düzgün təritib olunmadığını əsas gətirərək, bu dairədə səsvermənin nəticələrini ləğv edib. Qurumun qərarını ədalətsiz sayan xanım Kərimova deyir ki, sənədlərə görə, səsvermədə ən çox səs toplamış namizəddir və seçkinin qalibi elan olunmalıdır.



Flora Kərimova bununla bağlı Apellyasiya Məhkəməsinə protokol təqdim etsə də, məhkəmə MSK-nın səsvermənin nəticələrinin ləğvinə dair qərarını qüvvədə saxlayıb.
XS
SM
MD
LG