Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:54

Müxalifət növbəti mitinqin vaxtını dəyişdi<p align=`left`><br><br>


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub AXCP, Müsavat və ADP-ni birləşdirən «Azadlıq» seçki bloku növbəti etiraz yürüş-mitinqini noyabrın 19-da keçirmək niyyətindədir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilib. Blok əvvəlcə aksiyanı noyabrın 18-nə planlaşdırmışdı. Blokun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn mitinqin bir gün geri çəkilməsini müraciət üçün qanunda nəzərdə tutulan müddətin buraxılması ilə izah edir.



BŞİH-in nümayəndəsi Zaur Ramazanovsa deyir ki, «Azadlıq» bloku yalnız noyabrın 19-20-də etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edib.



Pənah Hüseyn deyir ki, mitinq iştirakçıları aksiyanı oturaq şəkildə davam etdirməyi tələb etsələr də, təşkilatçılar qanun çərçivəsində öz etirazlarını bildirəcəklər.



«Azadlıq» və «Yeni Siyasət» blokları, Milli Birlik Hərəkatı və parlament seçkisində yol verilmiş qanun pozuntularına etiraz edənlər artıq iki yürüş-mitinq keçiriblər. Bu aksiyalar noyabrın 9-da və 13-də keçmiş «Qələbə» kinoteatrının qarşısında baş tutub.
XS
SM
MD
LG