Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:02

110 saylı dairədə nəticələr ləğv edildi


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır Mərkəzi Seçki Komissiyası (MSK) 110 saylı Zaqatala seçki dairəsində səsvermənin nəticələrini ləğv etdi. Bu haqda qurumun noyabrın 12-də keçirilən iclasında qərar qəbul edildi. Belə bir qərarın çıxarılmasına «Azadlıq» seçki blokunun adıgedən dairədən namizədi, Müsavat Partiyasının başqan müavini Arif Hacılının şikayəti səbəb oldu.



MSK üzvü İlham Məmmədov deyir ki, cənab Hacılı seçki məntəqələrinin ikisində səsvermənin nəticələrinin saxtalaşdırılması ilə bağlı komissiyaya müraciət edib: «Amma araşdırma nəticəsində məlum olub ki, bir sıra başqa məntəqələrin protokollarında da qeyri-dəqiqliklər var». Cənab Məmmədov onu da bildirir ki, həmin dairədən rəsmi nəticələrə əsasən qalib elan olunmuş Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Atayev də MSK-ya şifahi müraciət edib və bir sıra məntəqələrdə onun əleyhinə saxtakarlıqlar olduğunu iddia edib.



İ.Məmmədov bildirdi ki, ümumilikdə bu dairədən 19 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün əsas var: «Bu isə dairədəki məntəqələrin ümumi sayının beşdə ikisindən çoxdur. Seçki Məcəlləsinin tələblərinə görə, belə halda bütün dairənin nəticələri etibarsız sayılmalıdır».



MSK-nın müxalifətdən olan üzvləri isə buna etiraz edərək dedilər ki, Arif Hacılının quruma təqdim etdiyi protokollar onun qalib gəldiyini göstərir və buna görə də dairə üzrə səsvermənin nəticələri ləğv edilməməlidir.



Sonra məsələ səsə qoyuldu və 110 saylı Zaqatala seçki dairəsində səsvermənin nəticələri ləğv edildi. Bu isə o deməkdir ki, həmin dairədə təkrar seçki keçiriləcək.



Bu, artıq MSK-nın nəticələrini bütünlüklə ləğv etdiyi üçüncü seçki dairəsidir.
XS
SM
MD
LG