Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:16

<i>«Bakı-Xəbər»</i>: «ABŞ-ın mövqeyini sərtləşdirəcəyi realdır»


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır «Bakı-Xəbər» qəzetindəki «ABŞ-ın mövqeyini sərtləşdirəcəyi realdır» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, Birləşmiş Ştatlar saxta parlament seçkisinə münasibətini ATƏT-in Müşahidə Missiyasının bəynatını dəstəkləməklə açıqladı. Dövlət Departamentinin (DD) verdiyi bəyanat da əslində hakimiyyətə seçkinin nəticəsinin korrektə edilməsiylə bağlı mesaj idi.



Məqalədə bildirilir ki, bundan sonra DD-nin sözçüsü Adam Ereli də yalnız bir neçə məntəqədə nəticənin ləğvinin kifayət etmədiyinə işarə vuraraq, «biz daha çox işlərin görülməsini istəyirik» deyə bildirdi. Müəllif yazır ki, bununla da aydın olur ki, yalnız demokratik seçkinin nəticələrini tanıyacağını bəyan etmiş ABŞ hakimiyyətə müəyyən vaxt verib. Məqalədə bildirilir ki, ümumi mənzərə onu deməyə əsas verir ki, əgər Əliyev hakimiyyəti ciddi dəyişikliklər etməsə, ABŞ mövqeyini daha da sərtləşdirəcək.



«Üç nöqtə» qəzetindəki «Konstitutsiya Məhkəməsi (KM) MSK-nın nəticələrinə on gün ərzində baxacaq» başlıqlı məqalədə Səxavət Həmidov yazır ki, məhkəmə nəticələri qismən və ya tam etibarsız hesab edə bilər. Amma indiyə qədərki seçkilərlə bağlı belə bir qətiyyətli addımın atıldığı müşahidə olunmayıb.



Müəllif yazır ki, KM-nin sədri Fərhad Abdullayev seçkinin nəticələrinin təsdiqinə münasibət bildirərkən deyib ki, onlar qanunun tələbinə görə iş aparacaqlar. Məqalədə bildirilir ki, belə olsa, bir xeyli dairənin nəticələrinin ləğvi gözlənilir.
XS
SM
MD
LG