Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:29

Alimlər Eldar Salayevin həbsdən azad edilməsini istəyirlər


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır Akademik Eldar Salayevin həbsdən azad edilməsi üçün Azərbaycan Elmlər Akademiyasının bir qrup əməkdaşı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə akademikin yaşının və səhhətinin nəzərə alınması xahiş edilir. Digər oxşar müraciəti isə ölkə başçısına Rusiyada çalışan bir qrup hüquq müdafiəçisi və alim ünvanlayıb. Sənədi Moskva Helsinki Qrupunun, Vətəndaş Yardımı Təşkilatının, İnsan Hüquqları İnstitutunun, Rusiya «Memorial» Cəmiyyətinin, «Memorial» Hüquq Müdafiə Cəmiyyətinin, Alimləri Müdafiə Komitəsinin rəhbərləri, rusiyalı akademiklər Ernest Çornıy və Aleksey Yablokov da imzalayıblar.



Ötən aysa Elmlər Akademiyası Eldar Salayevlə bağlı bəyanat yaymışdı. Sənəddə bildirilirdi ki, qurum və onun Rəyasət Heyətinin üzvləri işin gedişindən asılı olaraq və lazım gələrsə Eldar Salayevi müdafiə edəcəklər.



Elar Salayev oktyabrın 27-də həbs olunub. Onun haqqında Cinayət Məcəlləsinin kütləvi ixtişaşlara hazırlıq və hakimiyyəti zorla ələ keçirmək maddələri ilə cinayət işi açılıb.



1933-cü il təvəllüdlü akademik 14 il (1983-1997) Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edib. Şöhrət və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilib. İki dəfə SSRİ Ali Sovetinin, bir dəfə isə Azərbaycan Respublikasının deputatı olub.
XS
SM
MD
LG