Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:29

«Jane's Intelligence Digest»: «Vaşinqtonun tənqidi cəsarətsiz görünür»<p align=`left`><br><br>


Səs: Real audio
«Xaricdən mənəvi və maddi dəstək olmasa, Azərbaycanda yerli müxalifətin hökumətə qarşı durmaq imkanları məhduddur» «Azərbaycandakı seçkilərdə heç bir sürpriz baş vermədi. ATƏT belə qənaətə gəldi ki, 6 noyabr parlament seçkisi demokratik standartlara uyğun gəlməyib. Hakim YAP parlament çoxluğunu - 125 yerin 63-nü, müxalifət isə yalnız 5-ni qazanacaq».



«Jane's Intelligence Digest»in noyabrın 9-da yaydığı proqnozda belə deyilir: «Müxalifət and içib ki, hökumət seçkinin nəticələrini ləğv etməsə, etiraz aksiyaları keçirəcək. Ancaq Bakının əsas qonşuları - Rusiya, İran və Türkiyə seçkinin nəticələrini alqışlayıb, ona görə də etiraz aksiyaları heç ağlabatan görünmür».



«Jane's Intelligence Digest» hesab edir ki, Azərbaycanın Pentaqon üçün əhəmiyyətini və ABŞ neft şirkətlərini nəzərə alsaq, Vaşinqtonun bu vaxtacan seçkiyə dair tənqidi nisbətən cəsarətsiz görünür: «ABŞ-ın müxalifəti dəstəkləmək ehtimalı da azdır. Xaricdən mənəvi və maddi dəstək olmasa, Azərbaycanda yerli müxalifətin hökumətə qarşı durmaq imkanları məhduddur».
XS
SM
MD
LG