Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

Ağstafanın bir qrup sakini Bakı-Qazax yolunu bağlayıb


Səs: Real audio
Yeni Azərbaycan Partiyası 60 mandat qazanıb Noyabrın 10-da axşam saatlarında Ağstafanın bir qrup sakini Bakı-Qazax magistral yolunu bağlayıb. Hadisə barəsində «Azadlıq» radiosuna məlumat verən rayon sakini Dilqəm Rzayevin sözlərinə görə, etiraza səbəb təxminən 20 gün əvvəl baş vermiş partlayış zamanı zərər çəkmiş insanlara konpensasiya ödənilməməsidir. Cənab Rzayev deyir ki, onlara dəymiş ziyanın ödəniləcəyi və ya evlərinin təmir olunacağı barədə vəd verilsə də, bu yerinə yetirilməyib.



Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elxan Məmmədov isə bildirir ki, Nazirlər Kabineti artıq vəsait ayırıb və noyabrın 11-dən sakinlərə paylanacaq.



Cənab Məmmədovun sözlərinə görə, mərmi partlayışı nəticəsində zərər çəkmiş 667 ailə üçün 295 milyon manat ayrılıb. Zərər çəkənlərin sayı isə 2000-ə yaxındı.



Oktyabrın 21-də Ağstafanın Qazaxla sərhəddində yerləşən əlvan metal qəbulu məntəqəsində mərmi partlayışı nəticəsində onlarla fərdi evə və yaxınlıqdakı beşmərtəbəli binaya ciddi zərər dəyib.
XS
SM
MD
LG