Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Beynəlxalq humanitar hüquq üzrə bilik müsabiqəsi


Səs: Real audio
Murtuz Ələsgərov təkrar spiker ola bilər "Müharibə şəraitində olan dövlətin gəncliyinin beynəlxalq humanitar hüquq üzrə maarifləndirilməsi məqsədəuyğun haldır".



Bu, Beynəlxalq Humanitar Hüquq üzrə İkinci Milli Müsabiqənin iştirakçısı, Naxçıvan Dövlət Universitetinin Dövlət hüququ fakültəsinin tələbəsi Elmir Şirinovdur.



Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi bu müsabiqəyə noyabrın 10-da start verilib. Müsabiqə beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri arasında keçirilir.



Komitənin Beynəlxalq Humanitar Hüququn Yayımı Şöbəsinin müdiri Rəşad Axundov deyir ki, əsas məqsəd tələbələrin beynəlxalq humanitar hüquq sahəsində biliklərini artırmaqdır:



"Müsabiqənin əsas məqsədi Beynəlxalq Humanitar Hüquq üzrə tələbələrin biliklərini artırmaq və onlara tətbiqi hissəsini göstərməkdir".



Hər birində 3 tələbə olmaqla 10 komanda üç gün ərzində yarışacaq. Müsabiqə zamanı iştirakçılara uydurulmuş silahlı münaqişə vəziyyətləri təklif ediləcək və onlar bu şəraitdə silahlı münaqişə üzrə hüquq məsləhətçisi kimi qərar qəbul edəcəklər. Qalibləri yerli və xarici – Cenevrə və Rusiyadan gələn ekspertlər müəyyənləşdirəcək. Bazar günü elan olunacaq qaliblərə hədiyyələr də veriləcək.
XS
SM
MD
LG