Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:08

«Azadlıq» bloku yürüş-mitinq keçirdi<p align=`left`><br><br>


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər Noyabrın 9-da "Azadlıq" seçki blokuna daxil olan Müsavat, Demokrat və Xalq Cəhbəsi partiyaları yürüş-mitinq keçirdi. Aksiya metronun "20 Yanvar" stansiyasının yanından yürüşlə başlayıb, Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısındakı meydanda mitinqlə başa çatdı.



Mitinqdə Azərbaycan, Ukrayna və Rusiyanın dövlət bayraqları qaldırılmışdı. Aksiyaçılar "Yeni seçki keçirilsin!", "İstefa!", "Azad seçki!" şüarları söyləyirdilər.



Mitinqdə ilk çıxış edən ADP sədrinin müavini Sərdar Cəlaloğlu beynəlxalq təşkilatlara və ABŞ prezidenti Corc Buşa müraciət etdi: "Azərbaycan xalqının səsini tanıyın!". O, mitinq iştirakçılarına günlərlə meydanda qalacaqlarını da dedi, bununla belə əlavə etdi ki, hökumətə daha bir şans veriləcək.



Çıxışlar səsləndikcə, mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər.



AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər beynəlxalq ictimaiyyətə müraciət edərək, seçkinin nəticəsini tanımamağa çağırdı.



İsa Qəmbər mitinqçilərə bildirdi ki, növbəti aksiya noyabrın 12-də olacaq.



Bir çox mənbələr aksiyada on minlərlə insanın iştirak etdiyini bildirir. Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda isə mitinqə beş minə yaxın aksiyaçının qatıldığı bəyan edilir.



Aksiyada "Yeni Siyasət" seçki blokunun və Milli Birlik Hərəkatının üzvləri də iştirak edirdilər.
XS
SM
MD
LG