Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Dövlət Departamenti pozuntuların araşdırılmasını alqışlayır<p align=`left`><br><br>


Səs: Real audio
Ancaq daha çox iş görmək lazım gəldiyini vurğulayır «İki seçki dairəsində nəticələrin ləğvi onu göstərir ki, Azərbaycan hökuməti söylənən pozuntu və saxtakarlıqları araşdırır. Bu, Azərbaycan qanunvericiylinə uyğun həyata keçirilən prosesdir və mən bunun nə qədər çəkəcəyini qabaqcadan söyləyə bilmərəm».



Bunu ABŞ Dövlət Departamenti sözçüsünün köməkçisi Adam Ereli noyabrın 8-də keçirdiyi brifinqdə deyib: «Biz məmnunuq ki, Azərbaycan hökuməti, Mərkəzi Seçki Komissiyası vasitəsilə saxtakarlıq hallarını fəal şəkildə araşdırır. Hökumət ən azı iki dairədə seçkini yenidən keçirəcək. Bizim aldığımız məlumatlara görə, bəzi saxtakarlıq hallarıyla əlaqədar Baş Prokurorluğa da müraciət edilib. Biz daha çox iş gözləyirik, araşdırmaların qərəzsiz, hərtərəfli, şəffaf və Azərbaycan qanunvericiliyinə uyğun aparılmasını istəyirik».



ABŞ Helsinki Komissiyasının üzvləri isə seçkidə prosedur qaydalarının pozulduğunu, qutulara əlavə bülletenlərin salındığını, iqtidarın müxalifət tərəfdarlarını qorxutdğunu deyir: «Biz ümid edirdik ki, bu seçki Azərbaycanda demokratiya üçün ilk addım olacaq. Təəssüf ki, seçkini həyata keçirən iqtidar bu sınaqdan çıxa bilmədi» - komissiyanın sədri Sem Braunbek belə deyib.



«Azərbaycandakı seçkilər nəinki beynəlxalq standartlara uyğun gəlmədi, əksinə məntəqələr bağlanandan sonra baş verən saxtakarlıq seçki prosesindəki irəliləyişlərə də kölgə saldı». Bunu isə komissiyanın həmsədri Kris Smit deyib.



«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı isə seçkini işıqlandıran jurnalistlərin qorxudulmasına etirazını bildirib. Təşkilatın yaydığı bəyanatda deyilir ki, seçki günü bir jurnalist döyülüb və həbs olunub, yeddi nəfərsə, fiziki təzyiqə məruz qalaraq məntəqələrdən uzaqlaşdırılıb. Bu insidentlər bəzi jurnalistlərə həmin həlledici gündə işini lazımınca görməyə mane olub.



Ukrayna Xarici İşlər Nazirliyi isə ATƏT-in Müşahidə Missiyasının seçkinin nəticələrinə dair ilkin rəyilə həmrəyliyini bildirib. Bəyanata görə, rəsmi Kiyev Azərbaycanda seçkidən sonra siyasi vəziyyətin dinc, qarşıdurmasız inkişafına tərəfdardır.
XS
SM
MD
LG