Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Tərcümə səhvi?!


Səs: Real audio
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnorsdottir isə, onların ofisinə hansısa etirazın daxil olması barədə məlumatı olmadığı deyir Prezidentin Mətbuat katibi Azər Qasımov noyabrın 8-də keçirdiyi brifinqdə bildirib ki, 6 noyabr seçkisi demokratik və şəffaf keçib. O, seçkinin nəticələri ilə bağlı ATƏT-in Parlament Assambleyasının rəhbəri Alse Hastinqsin sözlərinin yanlış tərcümə olunduğunu deyib: «Biz ATƏT-in nümayəndələri və müşahidəçiləri ilə əlaqə saxlayaraq, iradlarımızı onlara çatdırdıq. Onlar iradları qəbul etdi, tez bir zamanda onu düzəldəcəklərinə əmin etdilər».



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnorsdottir isə, onların ofisinə hansısa etirazın çatdırılması barədə məlumatı olmadığı deyir: «Biz dünən mətbuat konfransında söylədiyimiz fikirləri İnternet səhifəsinə qoymuşuq. Bəyanatın Azərbaycan variantını yoxlayandan sonra onu da səhifəyə qoyacağıq. Biz bəyanatda çox aydın dedik ki, Azərbaycandakı parlament seçkisi bir çox beynəlxalq standartlara, daha dəqiq desək, ATƏT və Avropa Şurasnın bir sıra öhdəliklərinə uyğun gəlmir».



Yeni Azərbaycan Partiyası da parlament seçkisinin nəticəsindən razıdır. Partiyanın icra katibi Əli Əhmədov noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib ki, seçki demokratik və ədalətli keçib: «Bunu bir sıra xarici ölkələrdən olan müşahidəçilər də təsdiq edir».



«AzərTAc» Agentliyinin məlumatına görə isə, Amerika Demokratiya Mərkəzinn və Londondakı Beynəlxalq Demokratiya Təsisatının müşahidəçilərindən ibarət nümayəndə heyəti də seçkinin nəticələrini legitim saymağı tövsiyə edib.



ATƏT-in Müşahidə Missiyası noyabrın 7-də parlament seçkisinin beynəlxalq standartlara uyğun olmadığını bildirib: «6 noyabr Milli Məclisə seçkilər ATƏT-in qoyduğu öhdəliklərin və Avropa Şurasının seçkilərin demokratik keçirilməsi üzrə dövlət standartlarının və öhdəliklərinin bir çoxuna cavab verməyib». Prezidentin Mətbuat katibi Azər Qasımov isə həmin gün bəyan edib ki, bu fikir tərcüməçi tərəfindən yanlış tərcümə olunub.
XS
SM
MD
LG