Səs: Real audio
Blok kütləvi aksiyalar keçirmək və ya digər siyasi partiya və blokların keçirəcəyi tədbirlərə qoşulmaq barədə qərar qəbul edib Uşaq bağçalarının inkişafı ilə bağlı Təhsil Nazirliyində proqram hazırlanıb. "Azərbaycan Respublikasında 2006-2010-cu illər üçün məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə inkişaf proqramı" adlı bu sənədi hazırlamaqda əsas məqsəd uşaq bağçalarının fəaliyyətini gücləndirməkdir.
Nazirliyin şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi Nərminə Alnağıyeva belə deyir. Onun sözlərinə görə, proqram çərçivəsində yeni bağça binalarının tikilməsi də nəzərdə tutulub:
"Əsas məqsəd məktəbəqədər təhsili təkmilləşdirməkdir, burada maddi texniki bazanın gücləndirilməsindən tutmuş kadr potensialının səviyyəsinin yüksəldilməsinə qədər, bəzi yerlərdə hətta yeni məktəbəqədər binaların inşası, təmiri, hər şeylə təchizatı nəzərdə tutulub".
Nərminə Alnağıyeva deyir ki, proqrama əsasən, uşaqların qida normalarına da yenidən bağılacaq. Proqramı təkcə dövlət deyil, qeyri-hökumət təşkilatları, Asiya İnkişaf Bankı, Dünya Bankı və beynəlxalq humanitar təşkilatlar da maliyyələşdirəcək. Proqramda nəzərdə tutulan işlərin icrasına gələn ildən başlanacaq.