Səs: Real audio
Əsas fərq müxalifət təmsilçiləriylə bağlıdır Rəsmi rəqəmlərlə "exit-poll"un [məntəqədən çıxışda seçicilər arasında müstəqil sorğu] nəticələrində əsas fərq müxalifət təmsilçiləriylə bağlıdır. Məsələn, 30 saylı Suraxanı 1-ci seçki dairəsindən MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, Anar Məmmədxanlı irəlidədir.
«PA Consulting»in keçirdiyi "exit-poll"a görə isə, bu dairədən Müsavat başqanının birinci müavini Vurğun Əyyub birincidir. 125 saylı Zəngilan-Qubadlı dairəsindən "exit-poll"un ilkin nəticələrinə görə, şair Ramiz Rövşən liderdir. MSK-nın ilkin rəqəmlərinə görə isə, birinci yerdə Əli Quliyevdir.
15 saylı Yasamal 1-ci seçki dairəsində «YeS» Blokunun həmtəsisçilərindən olan Eldar Namazov "exit-poll"un nəticələrinə görə öndədir. MSK-nın açıqladığı ilkin nəticələr isə Gülər Əhmədovanın bu dairədən birinci olduğunu göstərir.
22 saylı Nəsimi 2-ci seçki dairəsində ilkin rəsmi rəqəmlərə görə, lider Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadədir, "exit-poll" isə hüquq müdafiəçisi Hacımurad Sadəddinovun birinci olduğunu göstərir.
Rəsmi rəqəmlərlə "exit-poll"un nəticələri arasında belə böyük fərqlərin nəylə bağlı olması hələ ki, bəlli deyil.
Jurnalistlər bu sualla MSK sədri Məzahir Pənahova da müraciət ediblər. Cənab Pənahov deyib ki, "exit-poll"un nəticələriylə ətraflı tanış olmadığı üçün bu məsələyə münasibət bildirmək istəməzdi.
Amma MSK sədri onu da deyib ki, "PA Consulting"in keçirdiyi "exit-poll"la bağlı komissiyaya şikayətlər daxil olub. Onun sözlərinə görə, həmin şikayətlərdə bəzi dairələrdə "PA Consulting"in "exit-poll" keçirmək üçün cəlb etdiyi şəxslərin müxalifətə yaxın olduğu bildirilir. Məzahir Pənahov bu şikayətlərin araşdırılacağını deyib.
«PA Consulting» ümumilikdə 65 seçki dairəsində seçki keçirib. Bütün dairələr üzrə nəticələrin noyabrın 7-də bəlli olacağı gözlənilir.